Video 15:51 21.04.2018

Bakıda BMW alışdı, yanğınsöndürənlər başqa yeri suladı (VİDEO)

Dünən Bakının Binəqədi rayonunda yol kənarında dayanan BMW markalı avtomobil mühəriki alışıb.

Qaynarinfo xəbər verir ki, yanğına ətrafdakı insanlar müdaxilə etsələr də söndürə bilməyiblər.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Onlar yanğını söndürməyə çalışarkən boru ortadan ayrılıb və su yola dağılıb.

Daha sonra yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 
Çingiz Səfərli