Xəbər lenti

Ölkə 16:38 13.06.2018

Bakıda boya sexi yanır (VİDEO)

Bakı şəhərində boya sexində yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib. 

Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. 

Yanğın məhdudlaşdırılıb. Nazirlikdən bildirilib ki, ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->