Ölkə 13:03 16.11.2013

Bakıda çürümüş qadın meyiti tapıldı

Bakıda qadın meyiti tapılıb.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 15-də Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində çürüməyə məruz qalan 35-40 yaşlı qadın meyiti aşkar edilib. Onun ölümünün səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qaynar.info