Foto 20:07 22.11.2017

Bakıda dərs zamanı məktəb binasının damı uçdu (FOTO)

Bakıda orta məktəb binasının dam örtüyü uçub.

Qaynarinfo Yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 saylı məktəbdə baş verib. Şahidlərin sözlərinə görə, hadisə dərs vaxtı olub. Belə ki, güclü külək dam örtüyünü uçurdub.

İlkin məlumata görə, xəsarət alan yoxdur.