Bakıda gözətçi yanaraq ölübAPA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 4 kv.m olan daş konstruksiyalardan ibarət gözətçi köşkünün içərisindəki əşyalar yanıb.
Yanğının kəşfiyyatı zamanı gözətçinin yanmış meyiti aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info
Şərhlər