Xəbər lenti

Ölkə 16:25 16.08.2019

Bakıda itən uşaqlar Bərdədə tapıldı - Qaraçı qadın oğurlayıb

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında itkin  düşən, bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Unikal.org-a uşaqların anası Çiçək Aslanova məlumat verib. O bildirib ki, Binəqədi polisinin apardığı araşdırma nəticəsində məlum olub ki, uşaqlarını evində gətirdiyi tadımadığı qadın oğurlayıb: 

"O, qadın qaraçı imiş. Uşaqları özü ilə Bərdəyə aparıb. Bərdə polisi həmin qadını saxlayıb və övladlarım Bakıya gətirilir". 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?