Xəbər lenti

75 yaşlı Jerar Depardye Parisdə cinsi təcavüz ittihamı ilə saxlanıldı
Dünya 14:30 29.04.2024

75 yaşlı Jerar Depardye Parisdə cinsi təcavüz ittihamı ilə saxlanıldı

75 yaşlı ransalı aktyor Jerar Depardye cinsi təcavüz ittihamı ilə Parisdə saxlanılıb. 

Qaynarinfo BFMTV-yə istinadən xəbər verir ki, o, hazırda polis bölməsindədir və orada dindirilir.

Aktyor iki qadın tərəfindən cinsi təcavüzdə ittiham olunur. Onların sözlərinə görə, hadisələr iki filmin çəkiliş meydançasında baş verib: 2014-cü ildə "Sehrbaz və Siamlılar” (Magicien et les Siamois, 2015) və 2021-ci ildə "Yaşıl Panjurlar” (Les Volets verts, 2022) filminin çəkiliş meydançasında. 

Aktyor bu ittihamları rədd edir.

2020-ci ilin dekabr ayından etibarən Jerar Depardye aktrisa Şarlotta Arnuya qarşı da zorlama və cinsi təcavüzdə ittiham olunur. 2019-cu ildə cinayət sübutu olmadığı üçün iş bağlanıb, lakin bu qərardan apelyasiya şikayəti verildikdən və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında qarşıdurmadan sonra istintaq bərpa edilib.

16 dekabr 2020-ci ildə Depardye təqsirləndirilən şəxs statusu alıb. "Le Parisien” qəzetinin yazdığı kimi, ittihamlar irəli sürüldükdən sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Aktyor ilk gündən günahını inkar edib. Onun sözlərinə görə, bu, qarşılıqlı razılıq əsasında münasibət olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->