Video 15:16 26.08.2019

Bakıda ölüm saçan sürücü (VİDEO)

Oxucularımızdan biri öz avtomobilinə quraşdırılmış videoregistrator ilə çəkilən qayda pozan sürücünün görüntüsünü bizə göndərib və məsələnin ictimailəşməsini, sürücüyə protokol yazılması üçün köməklik etməmizi xahiş edib. 

Qaynarinfo-ya təqdim olunan görüntülər avqustun 25-si, saat 17:14 radələrində lentə alınıb.

Videoda 10 ZL 051 dövlət qeydiyyat nişanlı "Dodge" markalı avtomobilin sürücüsü Kənar Dairəvi yolun Yeni Yasamal qəsəbəsinə gedən hissəsində hərəkət edərkən, ötmənin qadağan olmasına, yolun asfalt örtüyündə 1.1 xəttinin olmasına məhəl qoymayaraq tam olaraq əks yola çıxıb qarşı tərəfdən gələn sürücü üçün həyati təhlükə yaşatdığı görünür. 

Qəzanın olmasına bəlkə də bir saniyədən də az zaman yetməyib. Biz də sürücüləri bir daha yollarda təhlükəsizlik, yol hərəkəti qaydalarına riayət etməyə səsləyirik. Ümid edirik ki, DYP səlahiyyətliləri tezliklə bu sürücü barədə qanunamüvafiq tədbir görəcək.