Foto 11:09 14.10.2018

Bakıda qaçırılan avtomobil tapıldı: oğruların inanılmaz üsulu (FOTOLAR)

8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında oğurlanan avtomobil tapılıb.

Qaynarinfo xəbər verir ki, baku.ws-ə müraciət edən zərərçəkən Hüseyn Quliyev "Mercedes" markalı avtomobilinin həyətindən oğurlandığını bildirmişdi. Şüşəsi sındırılaraq oğurlanan avtomobil qısa zamanda tapılıb. 

Hüseyn Quliyev bildirir ki, oğurlanan maşını Binəqədi kəndi ərazisində tapılıb. Oğrular maşının xarici görünüşündə dəyişiklik edib.

1996-cı il avtomobilin detalları dəyişdirilib və 1998-ci ilə uyğun olaraq yığılırmış. Avtomobilin detallarının dəyişdirilməsindən belə qənaətə gəlmək olar ki, dələduzlar maşını baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıb. 

Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır.