Ekonomiks 21:51 02.07.2014

Bakıda təyyarə quş ucbatından uça bilmir

Saat 14:40-da Bakı hava limanından İstanbula uçmalı olan təyyarə hələ də havaya qalxmayıb.

Təyyarədə olan sərnişinlərin Azadlıq Radiosuna bildirdiyinə görə, uçuş ləngisə də, onlara təyyarəni tərk etməyə icazə verilməyib:

«Yalnız bir neçə uşaqlı sərnişinə imkan yaradıldı. 3 saatdır təyyarə salonunda oturub uçuşu gözləyirik. Bizə dedilər ki, təyyarə bu gün İstanbuldan Bakıya gələndə, eniş zamanı sol mühərrikə quş dəyib. Təyyarə tam müayinədən keçməlidir ki, uça bilsin».

AzAL-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhərrəm Səfərli faktı təsdiqləyib, amma deyib ki, təyyarə Türk Hava Yollarına məxsusdur.