Ölkə 15:49 13.02.2018

Bakının bu rayonuna Heydər Əliyevin adının verilməsi təklif olundu

"Təklif edirəm ki, Bakının Qaradağ rayonunun adı dəyişdirilərək, Ulu Öndər Heydər Əliyevin şərəfinə adlandırılsın".

Qaynarinfo olke.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib. 

O bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında  önəmli rolu olub: 
 
"Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi illiyi ələqdar Qaradağ rayonununun Heydər Əliyev rayonu adlandırılsın".