Foto 14:28 11.08.2018

Bakının mərkəzinə göydən çirkab su yağır (FOTOLAR)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Süleyman Rüstəm küçəsində yerləşən korpusunun 6-cı mərtəbəsindən şəhərin mərkəzinə çirkab su axıdılır.

Qaynarinfo xəbər verir ki, küləkli hava şəraiti səbəbindən axıdılan çirkab su ətrafdakı maşınların və küçədən keçən insanların üstünə tökülür.

Təmir işləri aparan fəhlələrin sözlərinə görə bu kanalizasiya sisteminin korlanması səbəbindən baş verib və nasazlıq qısa müddətdə aradan qaldırılacaq.

Ərazidən fotoları sizlərə təqdim edirik:
 
Çingiz Səfərli