Bir müddət öncə xəbər verdyimiz kimi, "Baku Electronics" müştəriyə yeni adı ilə köhnə "iPhone 7 Plus" markalı mobil telefon satıb (Ətraflı bu LİNKdə).
Qaynarinfo-ya açıqlamasında şirkətin rəsmi nümayəndəsi bildirmişdi ki, müştəri istənilən "Apple" servisindən həmin iddianı təsdiq edən arayışı təqdim etsə, sözügedən cihazı geri götürə və ya yenisi ilə dəyişə bilərlər.
Saytımıza şikayət məktubu ünvanlayan "Baku Electronics"in müştərisi Ramil Əsədov "Apple"ın baş ofisindən telefonun ondan öncə başqasına satıldığına dair iddiasını təsdiqləyən rəsmi məktubu alıb. Lakin "Baku Electronics" həmin məktuba da məhəl qoymayıb və müştəriyə heç bir halda satılan məhsulu geri almayacaq və dəyişdirməyəcəklərini bildirib:
"Baku Electronics"in tələbinə əsasən mən "Apple"ın ABŞ-da yerləşən baş ofisi ilə saxladım və mənə telefonun 14 iyul 2017-ci il tarixdə, yəni mən almamışdan öncə başqasına satıldığına dair rəsmi məktub göndərdilər. Həmin mail-i "Baku Elecrronics"ə təqdim etdim. Bu dəfə özünü şirkətin hüquqşünası kimi təqdim edən Vüqar adlı şəxs bildirdi ki, bizim üçün heç bir fərqi yoxdur və məhsulu dəyişmir və geri də götürmürük. Həmçinin bildirdi ki, biz "Apple"ın rəsmi distribütoru deyilik və əgər orjinal məhsul istəyirdizsə, rəsmi distribütorlarından alardınız".
Ramil Əsədov artıq Binəqədi məhkəməsinə də müraciət etdiyini və problemin qanun çərçivəsində həll ediləcəyinə inandığını bildirib.
Məsələ ilə bağlı "Baku Electronics"lə gün ərzində əlaqə saxlasaq da, operatorlar aidiyatı şöbədə heç kəsin olmadığını bildirdilər.
Müştərinin "Apple" şirkətindən aldığı rəsmi mail-i təqdim edirik:
Çingiz Səfərli
Şərhlər