Dünya 09:15 11.10.2019

"Barış pınarı” zamanı öldürülən terrorçu sayı açıqlandı

Türkiyənin Suriyanın şimalında başlatdığı "Barış pınarı” hərbi əməliyyatları çərçivəsində daha 49 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, ümumilikdə zərərsizləşdirilən terrorçuların sayı 277-ə çatıb.