İdman 22:35 14.10.2018

"Barselona" bombardiri transfer edir

"Barselona” "Cenoa”nın hücumçusu Kşiştof Pyontekə elçi düşüb.

Qaynarinfo xəbər verir ki, Kataloniya klubunun nümayəndəsi Aryedo Brayda artıq 23 yaşlı futbolçunun oyununu izləyib və onunla bağlı rəhbərliyə müsbət raport verib. "Barselona" mövsümün sonunda İtaliya klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Cenoa” bu mövsüm 9 qol və 7 məhsuldar ötürmə bombardirlər yarışına başçılıq edən hücumçusunu 60 milyon avrodan ucuz satmaq istəmir. İtaliya təmsilçisi 23 yaşlı forvardı bu yay Polşanın "Krakoviya" klubundan 3.5 milyon avroya alıb.