İspaniyanın Barselona şəhərində 300 mindən çox insanın iştirakı ilə nümayiş keçirilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin məşhur yerlərindən olan "Avenida Paralel"ə toplaşan kütlə həbsdə olan 9 siyasətçinin azad edilməsini tələb edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Kataloniyada keçirilən müstəqillik referendumundan sonra muxtar vilayətin prezident Karles Puçdemon və parlament İspaniyadan ayrılmaq barədə qərar qəbul etmişdi. Hadisələrə müdaxilə edən İspaniya höküməti bir çox siyasətçinin həbsi və vəzifəsindən azad edilməsi barədə qərar qəbul etdi. Muxtar bölgənin sabiq rəhbəri ötən həftələrdə Almaniyada həbs edilsə də, daha sonra azadlığa buraxıldı. O, ölkəyə qayıtsa, həbs ediləcək.

Gülşən