İdman 09:20 02.12.2017

"Barselona"dan 145 milyon avroluq transfer

"Barselona" yayda heyətinə qatma bilmədiyi Filipe Koutinyonun transferi üçün yenidən hərəkətə keçib. 

Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, bu barədə "El Mundo Deportivo" və "Sport" qəzetləri məlumat yayıb.

İspaniyanın aparıcı media orqanlarının yaydığı xəbərdə bildirilir ki, "Barselona" qısa müddət ərzində "Liverpul"a yeni təkliflə müraciət edəcək. Bu dəfəki təklifin dəyəri 145 milyon avro olacaq.

Kataloniya klubu 25 yaşlı braziliyalı futbolçuya illik 14 milyon avro maaşla 5 illik müqavilə təklif edəcək.