Ölkə 14:53 17.10.2019

Baş həkim işdən çıxdı, başqa xəstəxanaya təyin edildi

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.

Qyanarinfo "Report"a istinadən xəbər verir ki, bununla bağlı əmr imzalanıb. 

Əmrə əsasən, Nizami Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.

Qeyd edək ki, N.Mehdizadə, təxminən, iki ildir Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışırdı.