Ölkə 09:49 19.10.2018

Baş nazir gənclər siyasəti ilə bağlı qərar imzaladı

Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası təsdiq edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

"Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiq edilsin", - deyə sənəddə deyilir.