Bu hadisənin səbəbi nə olursa-olsun, heç bir şey insan həyatından önəmli deyil. Modern.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım Suruçda 3 AKP-çinin öldürülməsi olayına münasibət bildirərkən deyib.

Baş nazir bildirib ki, bu olay adi cinayətdir və siyasi səbəbi yoxdur: "Əgər siyasi səbəbi olarsa, təbii ki, nəticələri də fərqli olar. Bu bayram günlərini millətimizin əmin-amanlıq içərisində keçirməsini istəyirəm. Gözəl günləri kədərli günə çevirməyimizə haqqımız yoxdur”.

Qeyd edək  ki, Suruçda baş verən qanlı davada 3 AKP-çi öldürülüb, 8-i isə yaralanıb.