Video 17:04 14.04.2018

Baş nazir səhnədə mahnı oxudu (VİDEO)

Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının Esenler rayonunda keçirilən konqresində çıxışı zamanı mahnı oxuyub.

Qaynarinfo Sözcü-yə istinadən xəbər verir ki, baş nazirin "Beraber yürüdük biz bu yollarda" mahnısını ifa edərkən xaric oxuması da diqqətdən qaçmayıb.

Sosial şəbəkələrdə paylaşılan video istifadəçilərin böyük marağına səbəb olub. Baş nazirin ifasına münasibət bildirənlər onu Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğanla müqayisə edərək, "Prezident Ərdoğan bu mahnını sizdən yaxşı oxuyur" yazaraq, B.Yıldırımı tənqid ediblər.

Sözügedən videonu sizlərə təqdim edirik: