Dünya 18:42 16.06.2018

Baş nazirdən miqrant mərkəzi təklifi: ehtiyacları ödə, geri qaytar

Avstriyanın baş naziri Sebastian Kurz Avropadakı miqrant böhranı ilə əlaqədar təkliflə çıxış edib.

Qaynarinfo xəbər verir ki, Kurz Avropa İttifaqından göndərmək mümkün olmayan miqrantlar üçün Avropa xaricində mərkəzin yaradılmasını təklif edib. Baş nazirin təklifinə görə, qeyri-qanuni Avropaya gəlmək istəyən miqrantlar Aİ-yə daxil olmadan dayandırılmalı, onların ehtiyacları ödəniləndən sonra ölkələrinə geri göndərilməlidir, əgər geri göndərmək prosesi Aİ daxilində qeyri-mümkündürsə, bunu kənarda reallaşdırmalıyıq. 

Kurz bu təklifin Cenevrə Miqrant Konvensiyasına uyğun olduğunu da bildirib. 

Qeyd edək ki, Avstriya, Danimarka və s. Aİ ölkələri bir müddətdir belə bir mərkəzin yaradılması üçün görüşlər keçirir.

Gülşən