Dünya 14:16 13.03.2018

Baş nazirin konvoyuna hücum

Fələstin baş naziri Rami Həmdallah Qəzza şəhərinə daxil olarkən partlayış baş verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra silah səsləri eşidilib. Daha sonra bir televiziyanın canlı yayımına qatılan baş nazir hadisə ilə bağlı danışıb və Qəzzanı idarəsində saxlayan Həması partlayışa görə ittiham edib.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəqliyyat vasitəsi zərər görüb və 7 nəfər yaralanıb.

Gülşən