Xəbər lenti

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı
Ekonomiks 18:14 17.05.2024

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Baş prokurorun keçmiş birinci müavini, Milli Məclisin birinci çağırış deputatı Mətləb Mütəllimli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını məhkəməyə verib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, Mətləb Mütəllimlinin iddiası pensiya təminatı ilə bağlıdır. 

İddia edilir ki, keçmiş deputat ona təyin olunan pensiyadan narazıdır. İddialara görə, birinci məhkəmə instansiyası Mətləb Mütəllimlinin iddiasını təmin etməyib. O, qərardan apellyasiya şikayəti verib. Keçmiş deputatın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Elvin Əliyevin icraatındadır. 


Mətləb Mütəllimli bundan əvvəl Ədliyyə Nazirliyini məhkəməyə vermişdi. Səbəb onun təsisçisi olduğu Sosial Ədalət Partiyasının (SƏP) qeydiyyatının ləğv olunması idi. 

Mətləb Mütəllimli 1992-ci ildə baş prokurorun birinci müavini vəzifəsində işləyib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->