Foto 11:43 24.11.2017

Böcəkli çörək satışa çıxarılır (FOTOLAR)

Finlandiyanın "Fazer" şirkəti həşəratlı çörək istehsalına başlayacaq. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, şirkətin un məmulatları bölməsinin rəhbəri Markus Hellstrom açıqlama verib və 70-ə qədər qurudulmuş həşəratdan ibarət çörəyin satışına bu gün start veriləcəyini deyib. Hellstorm qurudulmuş böcəklərin çörəyin 3%-ni təşkil edəcəyini qeyd edərək "Finlər yeni qidaları sınaqdan keçirməyə həvəslidir" fikrini açıqlamasına əlavə edib.

Qeyd edək ki, qurudulmuş böcəklərin tərkibi zülal, doymuş yağ, kalsium, dəmir, B12 vitaminindən ibarətdir. 

Araşdırmalar göstərir ki, finlər Skandinaviyada həşəratın qida kimi istifadəsinə ən normal yanaşan cəmiyyət hesab olunur. Finlandiyada həşəratlı qidaların satışına 1 noyabrdan bəri icazə verilib.

Gülşən