"Hara gedirəmsə, harda oluramsa, onun adı köməyimə çatır”.
Bunu Qaynarinfo-ya açıqlamasında mərhum Xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov deyib. O, Zəlimxan Yaqubun vəfatından 4 il ötdüyünü xatırladıb:
"Səhər bütün ailə üzvlərimiz, Zəlimxan Yaqubu sevənlər, yaxınları, dostları şairin Fəxri Xiyabanda qəbirini ziyarət etdik. Yanvarın 21-də Zəlimxan Yaqubun 70 yaşı tamam olur. Bununla bağlı iki ölkədə - Azərbaycan və Gürcüstanda böyük tədbirlər planı hazırlanıb. Mayda isə şairin 70 illik yubileyi keçiriləcək”.
Bəhlul Yaqubovun sözlərinə görə, Zəlimxan yaqub evdən yox, eldən gedib:
"Zəlimxan Yaqub elə bir ömür yaşayıb, ad-san, xalq sevgisi qazanıb ki, dünyasını dəyişəndən mən atasız olduğumu hiss eləməmişəm. Zəlimxan Yaqub evdən yox, eldən gedib”.
Qeyd edək ki, Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Bahar Rüstəmli
Şərhlər