Dünya 22:54 23.03.2024

"Bentley" ən uğurlu yarış avtomobilini 96 il sonra yenidən istehsal edir - Cəmi 12 ədəd

"Bentley" brendin tarixindəki ən uğurlu yarış avtomobili "Speed ​​​​Six"i yenidən təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Motor Authority" yazıb.

"Speed ​​​​Six" 1928-ci ildə istehsal olunub, lakin 1930-cu ildə buraxılış dayanıb. İndi "Bentley" məhdud sayda - 12 yarış avtomobili buraxacaq. Onlar artıq satılıb.

Bildirilir ki, yeni məhsul orijinal çertyojlara uyğun istehsal edilib. Bundan əlavə, "Bentley" iki orijinal avtomobili qoruyub saxlaya bilib. Bu, dizaynerlərə komponentlərin ölçülərini və materiallarını yoxlamağı asanlaşdırır. "Speed ​​​​Six"i istehsal etmək üçün şirkət mühəndislərinə demək olar ki, bir il vaxt lazım olub.

1928-1930-cu illər arasında 182 orijinal "Bentley Speed ​​​"​Six istehsal edilib. Model iki dəfə - 1929 və 1930-cu illərdə "Le Manın 24 Saatı" yarışının qalib olub. Bu üstünlüklərinə görə o, "Bentley" brendinin ən uğurlu yarış avtomobili hesab olunur.

Aydın