Dünya 16:10 21.04.2018

Bəşər Əsəd bu bölgəni müxaliflərdən aldı

Suriyanın paytaxtı Dəməşqin şimal-şərqində yerləşən Şərqi Qalamundakı müxaliflər təslim olmağı qəbul edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, müxaliflər Şərqi Qalamunu tərk etmək barədə hökümət qüvvələri ilə razılıq əldə edib. 3200 nəfərin Türkiyə ilə sərhəd bölgələrdə yerləşən müxalif qüvvələrə qoşulmağı gözlənilir.

Qeyd edək ki, Suriyada prezident Bəşər Əsəd qüvvələri ilə ona qarşı çıxan qruplar arasında vətəndaş müharibəsi hökm sürür.

Gülşən