Ekonomiks 17:44 29.04.2015

Beynəlxalq Bank 200 milyon dollar kredit aldı

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlərdə 2015-ci ildə ilk dəfə 200 milyon ABŞ dolları ekvivalent həcmində sindikatlaşdırılmış kredit cəlb edib.

Qaynar.info ABB-yə istinadən xəbər verir ki, sindikasiyanın təşkilatçıları qismində CITIBANK N.V., INGBANK N.V., RAIFFEISENBANK INTERNATIONAL AG, UNICREDITBANK AUSTRIA AG çıxış ediblər.

“Əvvəlcədən kredit 125 milyon dollar həcmində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutlarının qoşulması nəticəsində kreditin həcmi 200 milyona qədər yüksəlib” - deyə, bankın məlumatında deyilir.

Qeyd edək ki, vəsait 1 il müddətinə cəlb edilib, ticarət və korporativ maliyyələşməyə yönəldiləcək.

Qaynar.info