Xəbər lenti

Texnologiya 18:41 13.11.2017

Bill Qeytsdən "Ağıllı şəhər" layihəsi

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts 80 milyon dollara aldığı 100 kvadrat km ərazi ilə "Ağıllı şəhər" layihəsinə start verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Arizona ştatında yerləşəcək şəhərdə 80 min yaşayış yeri olacaq. Daşınmaz əmlak firması olan "Belmon Partners"dən verilən açıqlamaya görə, ərazidə son texnologiya əsasında sistem yaradılacaq. Şəhərdə sürətli digital şəbəkə, informasiya mərkəzi, əlaqə şəbəkəsi, avtonom maşın və logistika mərkəzləri yaradılacaq. 15 km-lik ərazidə ofis və ticarət bölgəsi, 2 km-lik yerdə isə məktəblər yerləşəcək.

"Ağıllı ev" nə deməkdir?

"Ağıllı ev" deyəndə daxilində bir neçə avtonom sistem olan tikili nəzərdə tutulur. Bütün sistemlər bir-birilə əlaqəlidir və vahid mərkəzdən idarə etmək mümkün olur. Bu növ sistemin quraşdırıldığı yerlərdə əlaqə, əyləncə, təhlükəsizlik, rahatlıq kimi məsələlər ön plana çıxır. Hazırda dünyada 500-dən çox şirkət "Ağıllı ev" sistemləri sahəsində xidmət və əşyalar təklif edir. Lakin bu şirkətlərin hər biri fərqli məhsul və xidmətlər təklif etdiyinə görə "Ağıllı bölgə", "Ağıllı şəhər" ifadələrindən çox istifadə edilmir. 

BMT 2050-ci ildə böyük şəhərlərdə yaşayan insanların sayının 7 milyarda çatacağını deyib və bu sıxlığa çarə kimi "Ağıllı ev", "Ağıllı şəhər" ideyaları göstərilir. 1,3 milyard dollar dəyəri olan bu ideya üçün "Apple", "Samsung", "Microsoft", "Google" kimi şirkətlər rəqabətə girib. 

"Ağıllı ev" ideyasının tezliklə daha geniş yayılacağı gözlənilir.

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->