Dünya 15:55 05.12.2018

BMT-dən Qaşıqçı cinayəti ilə bağlı beynəlxalq istintaq tələbi

BMT Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar beynəlxalq istintaq prosesinə ehtiyac olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT İnsan Haqları Baş Müvəkkili Mişel Baçelet müraciət ünvanlayıb.
 
İstanbul Baş Prokurorluğu bu gün Səudiyyə kəşfiyyat şöbəsinin rəhbər köməkçisi Əhməd Əl ƏsiriVəliəhd Şahzadə Məhəmməd ibn Salmanın sabiq müşaviri Suud Əl Kahtani barədə həbs qərarı çıxarılıb.
 
Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabrda İstanbulda yerləşən Səudiyyə konsulluğunda qətlə yetirilib.

Gülşən