Dünya 21:18 06.09.2013

BMT Suriya ilə bağlı qərarını açıqladı

“Hər keçən gün mülki vətəndaşları itiririk. Tərəflərə daha artıq silah daşımaq problemin həlli deyil. Hərbi yol çarə deyil” 

BMT baş katibi Ban Ki Mun Suriya ilə bağlı qərarını açıqlayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş katib Suriyada hərbi əməliyyatlara qarşı olduqlarını bəyan edib:

“Hər keçən gün mülki vətəndaşları itiririk. Tərəflərə daha artıq silah daşımaq problemin həlli deyil. Hərbi yol çarə deyil”. 

Sank-Peterburqda keçirilən G-20 zirvəsi çərçivəsində çıxış edən  Pan Ki Mun Suriya probleminin həlli üçün Cenevrə 2 konfransının toplanmasını təklif edib. 

O həmçinin Suriyada humanitar yardım həyata keçirən BMT nümayəndələrinin  ölkədən çıxarılmalarını planlaşdırmadıqlarını da açıqlayıb. Baş katib bölgədə durumun riskli olmasına rəğmən heyətin Suriyada qalacağını və onların 4500-dən çox olduğunu vurğulayıb.

Qaynar.info