Xəbər lenti

BMT TŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı qətnamə qəbul edə bilər
Dünya 17:00 08.03.2024

BMT TŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı qətnamə qəbul edə bilər

ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Qeyd edilir ki, layihəsi ilkin işlənmə mərhələsində olan qətnamədə ölkələrin 1967-ci il Kosmos Müqaviləsi üzrə öhdəliklərinin təsdiqi nəzərdə tutula bilər. Müqavilə göy cisimlərindən və kosmosdan istənilən növ silahların sınaqdan keçirilməsi, hərbi manevrlər aparılması və ya hərbi bazaların, qurğuların və istehkamların yaradılması üçün istifadəni qadağan edir. Lakin kosmosda adi silahların istifadəsi istisna olunur. 

Bu, həmçinin Yerin orbitində, Ayda və ya hər hansı digər göy cismində, habelə kosmosdakı stansiyalarda nüvə silahlarının və ya hər hansı digər kütləvi qırğın silahlarının yerləşdirilməsinin qadağan edilməsini nəzərdə tutur.

Artıq 110 dövlət müqaviləyə qoşulub, lakin onlardan 23-ü hələ də onun ratifikasiyasını başa çatdırmayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->