Dünya 14:42 18.07.2019

"Boeing" "737 Max" qurbanlarının ailələrinə 50 milyon dollar ödəyəcək

"Boeing" şirkəti ötən ilin oktyabrı və bu ilin mart ayında baş verən "737 Max" təyyarə qəzalarında ölən 346 nəfərin ailələrinə 50 milyon dollar təzminat ödəyəcək.

Qaynarinfo xəbər verir ki, ötən gün baş tutan məhkəmədə bu barədə məlumat verilib. "Boeing" daha əvvəl 100 milyon dollar pul ayıracağını açıqlamışdı. Məbləğin yarısı həyatını itirənlərin yaxınlarına, digər yarısı isə xeyriyyə cəmiyyətlərinə, hökumət və sosial layihələrə yatırılacaq.

Gülşən