İdman 16:06 25.08.2019

Boltun rekordunu qıran futbolçu dünyanın ən sürətli adamı oldu

Braziliyanın "Flamenqo" klubunun formasını geyinən Bruno Enrike sürət rekorduna imza atığb.

Qaynarinfo FIFA-nın "Twitter" hesabına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Libertadores Kubokunun 1/4 final mərhələsində "Internasional"a qarşı keçirilən oyunda 38 km sürətlə qaçıb. Bununla da o, "Real"ın uelsli ulduzu Qaret Beylin 36,9 km-lik sürət rekordunu qırıb.

Enrike 2:0 hesabı ilə başa çatan oyunda hər iki qolun müəllifi olub. Komandalar arasında cavab matçı avqustun 29-da baş tutacaq.

Qeyd edək ki, yamaykalı atlet Usayn Bolt 2009-cu ildə baş tutan dünya çemionatının 100 metrəyə qaçış yarışlarında 37,6 km sürət toplamışdı. Bununla o, dünyanın ən sürətli adamı hesab olunurdu.