Xəbər lenti

Dünya 22:20 01.05.2013

Boston terroruna görə iki tələbə saxlanıldı

Cövhər Tsarnayevin kollec yoldaşları olan Qazaxıstanlı iki tələbə Boston terror aktı işi üzrə saxlanılıblar. Tələbələri yalan deməkdə günahlandırırlar.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.


Daha öncə Boston polisi terror aktı işi üzrə 3 nəfərin daha saxlanıldığını bildirmişdi. Onlardan biri ABŞ vətəndaşıdır.

Xatırladaq ki, aprelin 15-də Bostonun mərkəzində bir birinin ardınca iki partlayış törədilib, nəticədə 3 nəfər həlak olub – 8 yaşlı oğlan, restoran meneceri işləyən 29 yaşlı qadın və 23 yaşlı çinli tələbə qız.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->