Dünya 13:28 11.04.2018

Braziliyada həbsxanada qarşıdurma: 21 ölü

Braziliyanın Para əyalətində yerləşən Santa İzabel həbsxanasında bir qrup məhbus qaçmağa cəhd edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, silahlı qrupun üzvləri məhkumları çıxarmaq üçün həbsxana divarını partlayıcılarla yıxmağa çalışıblar. Hadisəyə müdaxilə edən polis, məhkum və silahlı şəxslər arasında qarşıdurma yaşanıb. Bir təhlükəsizlik əməkdaşı olmaqla 21 nəfər dünyasını dəyişib. Həbsxananın 5 işçisi xəstəxanaya aparılıb.

Qeyd edək ki, Santa İzabeldə 3400 məhkum saxlanılır.

Gülşən