Texnologiya 16:26 05.11.2017

"Broadcom" şirkətindən 100 milyard dollarlıq yatırım

Dünyanın ən böyük simsiz və genişzolaqlı rabitə sənayesi üçün məhsullar istehsal edən şirkətlərdən biri olan "Broadcom" "Qualcomm" şirkətini 100 milyard dollara almaq iddiasındadır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Apple", "Samsung", "LG" kimi şirkətlərə məhsullar istehsal edən "Qualcomm"un alış prosesi reallaşsa, tarixin ən böyük texnologiya şirkətinin satışı baş verəcək.

Qeyd edək ki, iki şirkətin birləşməsi 200 milyard dollarlıq nəhəng kampaniya yaradacaq.

Gülşən
Qaynarinfo.Az