Dünya 20:38 06.09.2013

Bu da multimilyarder şeyxin sürdüyü maşın – FOTOLAR

Əbu-Dabi əmirliyinin multimilyarder şeyxi Həməd bin Həmdan əl Nahyan sürdüyü 7,5 metr uzunluğunda olan şəxsi avtomobilini Fransada sərgidə nümayiş etdirib. 

“Large Spider” modeli adlandırdığı avtomobilə öz adını marka olaraq verdiyini deyən şeyx onun iki hissədən ibarət olduğunu deyib. Sən demə, həmin avtomobil “Ford F550” modeli ilə “Jeep Wrangler”i birləşdirməklə xüsusi sifariş əsasında hazırlanıb. 

Press24.az Türkiyə mətbuatından əldə etdiyi bu qeyri-adi avtomobilin fotolarını sizə təqdim edir. 

Qaynar.info