Ölkə 14:09 26.01.2013

BU GÜN QƏZETLƏR NƏDƏN YAZIR?

Əli Həsənov: "Ştrasser ya Azərbaycan xalqından üzr istəməli, ya da..."

AŞPA-dakı iflasdan sonra Kristofer Ştrasser ya Azərbaycan xalqından üzristəməli, ya da ki, böyük Avropa siyasətindən çəkilməlidir. Bu fikriaçıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlərşöbəsinin müdiri Əli Həsənov söyləyib.
Həsənovun sözlərinə görə, həddən artıq emosional insan və subyektivmülahizəli siyasətçi təəssüratı yaradan almaniyalı deputat K.Ştrasserbir ildən çoxdur ki, alman seçicilərini, bəzi AŞPA üzvlərini vəhakimiyyət ehtiraslarının reallaşdırılması istiqamətində ona böyükümidlər bəsləyən bir çox Azərbaycan müxalifətçilərini aldadaraqantiazərbaycan ovqatına kökləmiş və sonda da məyus etmişdir.
"Artıq sirr deyil ki, Ştrasser konkret sifarişli missiya həyatakeçirmişdir və onun Azərbaycana qarşı hücumlarının arxasında Almaniyanınmüəyyən siyasi dairələri, bu ölkənin İnsan haqları və humanitar yardımüzrə müvəkkili Markus Löninq və "Amnesty İnternational" təşkilatıdurmuşdur. "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanictimaiyyəti dəfələrlə onların Azərbaycana qarşı vahid mərkəzdənistiqamətləndirilən eyni məzmunlu bəyanatları və açıqlamalarının şahidioldu. Buna görə də AŞPA-nın sağlam düşüncəli əksər deputatları onun vəhəmin antiazərbaycan dairələrin hazırladığı, heç bir real əsası olmayan,sifarişli və qondarma qətnaməyə yox deməklə həm cənab Ştrasserə və onunhavadarlarına ciddi siyasi dərs verdi və onlara layiq olduqları yerigöstərdi, həm də bu çılğın deputatın çiyinlərindən məsuliyyətsiz və ağıryükü götürdü. Qoy bir də nə Ştrasser, nə də onun kimi düşünən digərsubyektiv mülahizəli AŞPA üzvləri öz şəxsi mülahizələrindən çıxış edərəkayrı-ayrı dövlətlərə və xalqlara əsassız böhtan atmasınlar, milyonlarlaseçicisi olan parlament üzvlərini aldatmasınlar. Belə hallar onlarınsiyasətçi karyerasının sonu ola bilər", - PA rəsmisi deyib./525-ci qəzet



Gülər Əhmədova polisə şikayət etdi

Gülər Əhmədova qalmaqalının iştirakçısı, ötən il dekabrın 26-daTürkiyədə vəfat etmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədov yanvarın23-ü axşam saatlarında Nəsimi Rayon Polis İdrəsinin 19-cu bölməsindəifadə verib.
Bu barədə açıqlama verən A.Məmmədov deyib ki, onunla öncə bölməninrəisi, daha sonra bölmənin əməkdaşı, iş üzrə müstəntiq Samir Məhərrəmovsöhbət edib. Müsahibimizin sözlərinə görə, müstəntiq ona G.Əhmədovayaölüm mesajı yazması ilə bağlı şikayət gəldiyini deyib: "Məlum olub ki,guya Gülər özü şikayət edib. Amma ortada heç bir fakt yoxdur. Dedim ki,bu, mobil nömrəm, bu da telefonlarım. Baxın görün mən ona nə vaxt təhdidsms-i yollamışam".
Müsahibimiz hesab edir ki, polis ziyarəti onu qorxutmaq məqsədidaşıyır. Onun sözlərinə görə, son dəfə G.Əhmədova ilə anasının ölümündənəvvəl danışıb. Məqsədi ailəsinin düşdüyü durumla bağlı yardım istəməkolub. Anasının ölümündən sonra isə A.Məmmədov ona mesaj yazdığını, ammabunun təhdid mesajı olmadığını vurğuladı. "Ona yazmışdım ki, sən mənibədbəxt elədin" deyən müsahibimizə görə, bu, təhdid sayılmır: "Düzdür,mən vəkil tutmamışam. Amma hesab edirəm ki, burda hər hansı həbstəhlükəsi yoxdur. Çünki ortada sübut yoxdur və kiminsə yalandan şikayətetməsi ilə adamı həbs edirlər. İzahat alınandan sonra mənə deyildi ki,səbirli olum və çıxıb gəldim. Düşünürəm ki, məqsəd məni qorxutmaq vəsusdurmaqdır. Amma ən gülməli vəziyyət odur ki, anamı öldürən azadlıqdagəzir, məni isə guya kimisə təhdid etdiyimə görə polisəçağırırlar"./Ədalət


Berluskoni İtaliya üçün fəlakətdir

İtaliyanın baş naziri Mario Monti sələfi Silvio Berluskonin yenidən başnazir seçilmək istəməsinə münasibət bildirib. Baş nazir bildirib ki,Berluskoni yenidən baş nazir seçilərsə, bu, İtaliya üçün fəlakət olar:"Onun baş nazir olduğu dövrdə İtaliya beynəlxalq arenada şəhərsəviyyəsinə düşüb. Sözünə ciddi yanaşılmayan ölkəyə çevrilmişdik". Montivurğulayıb ki, hazırkı inkişaf siyasəti davam edərsə, İtaliya indikivəziyyətindən çıxa bilər. Məlumat üçün bildirək ki, İtaliyada baş nazirimüəyyənləşdirəcək seçkilər 24-25 fevralda baş tutacaq./Həftə İçi


Saxta spirtli içkilər ailələrdə sonsuzluq və münaqişələr yaradır
Eyyub Hüseynov: “Şərab istehsalında kimyanın ən əcaib formalarından istifadə olunur”

Azərbaycanın əmtəə bazarında saxta spirtli içkilərin satışı davam edir.Bu malların insan orqanizmi üçün təhlükəli olması azmış kimi həminməhsulların saxta və keyfiyyətsiz variantları, tərkibi məlum olmayanspirtli içkilərin satışının yayılması insanların həyatını təhlükəyə biraz da yaxınlaşdırır. Nəticədə demək olar ki, gündəlik, günaşırızəhərlənmə və digər xoşagəlməz hadisələr baş verir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə,ölkənin spirtli içkilər bazarında vəziyyət acınacaqlıdır və bazarlardasaxta içkilər tüğyan edir: “Azərbaycanda yarım litri 1000 dollara şərabda görmüşəm, yarım litri 1 manat 50 qəpiyə olan araq da. Bir halda kibuna nəzarət edən, bu içkiyə sertifikat verən orqanlar var, onda nə üçünqiymət bu qədər fərqlənir? Bu ona görədir ki, boz-bulanıq maddələrdən,nədən gəldi, kimyanın, biologiyanın son texnologiyalarının hansı əcaibformaları vardsa, o formaları tətbiq edib insanların boğazına tökməküçün bu cür içkilər hazırlayırlar. Azərbaycanda bu çox geniş yayılıb.Azad İstehlakçılar Birliyində hazırda qəribə vəziyyətdə qablaşdırılmış“Skarlet”markalı şərab var. Şərab guya Fransada istehsal olunub. İlkbaxışdan elə bilirsən ki, şərab Fransa istehsalıdır. Amma əslində buşərab naməlum maddələrdən Bakı ətrafında hazırlanmış məhluldur”./Olaylar

ƏLƏKBƏROV QARDAŞLARI HƏBS EDİLƏ BİLƏR
23 yanvar üsyanı əmək nazirinin sonunu gətirir
İqtidardakı mənbə İsmayıllı üsyanına görə Füzuli Ələkbərov və onun icrabaşçısı olan qardaşını sərt sanksiyalar gözlədiyini bildirir; adı ənçox korrupsiyada hallanan ƏƏSMN rəhbəri çoxdan hədəfdədir

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun ciddişəkildə cəzalandırılması gözlənilir. Çünki onun təqdimatı və təminatıilə qardaşı Nazim Ələkbərov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısıpostuna təyin edilmişdi.
İsmayıllı olayları da məhz Ələkbərovlar ailəsinin harınlığı nəticəsindəbaş verib. Siyasi hakimiyyətin imicini zədələyən bu fakta görəƏləkbərovlar ailəsini sərt sanksiyalar gözləyir, onlar hətta həbs dəedilə bilərlər. Bu barədə “Yeni Müsavat”a iqtidara yaxın mənbə məlumatverib.
Mənbənin sözlərinə görə, prezident ölkədə olmadığından PrezidentAdministrasiyası hələlik qəti mövqe açıqlamayıb. Ancaq ilkin qənaətbudur ki, Ələkbərovların günahı ucbatından yaranan İsmayıllı üsyanıindiki dönəmdə hakimiyyətə çox böyük zərbədir və bu tendensiyanın başqarayonlara da adlaması ehtimalı kifayət qədər yüksəkdir. Qubahadisələrindən dərhal sonra icra başçılarına əhali ilə, xüsusilə dəsıravi vətəndaşlarla konfrontasiyaya getməmək, imkan daxilində sadəinsanlara güzəşt etmək tapşırığı verilmişdi. Ancaq N.Ələkbərovunəməlləri göstərdi ki, icra başçıları bu tapşırığı nəinki tabeçiliyindəolanlara, hətta öz yaxınlarına belə çatdırmayıb, nəticədə ölkəningündəmini hökumətin ziyanına dəyişən İsmayıllı üsyanı baş verib./YeniMüsavat


Əliyevlərin Ukraynada da malikanəsi tapıldı
Ukrayna televiziyası məşhur Konça-Zaspedə 5 milyonluq imarətdən reportaj yayımladı

Ukrayna mediası bu ölkədə Azərbaycan prezidenti İlham Əliyevin ailəsinəməxsus mülk barədə məlumat yayıb. Bu ölkənin “1+1" telekanalı Əliyevəməxsus olduğu ehtimal edilən malikanə haqda reportaj hazırlayıb.Televiziyada yayımlanandan sonra“tsn.ua” saytında yerləşdirilənvideoreportaj belə adlandırılıb: “Ulduzlu daşınmaz əmlak: Azərbaycanprezidentinin ailəsinin evi?”.
Kiyev ətrafında yerləşən məşhur Konça-Zaspedə bir xeyli malikanələrucalıb. Deyəsən, bu elit Ukrayna torpağının yarım hektarını Azərbaycanprezidenti Ilham Əliyev və onun ailəsi də sevib. Bu barədə Ukraynanın“1+1" telekanalının müxbirinə yerli sakinlər və orada çalışan fəhlələrdanışıb. Rieltorların qiymətləndirmələrinə görə, bu yarım hektarlıqərazinin dəyəri beş milyon dollara çatır.
Konça-Zaspedəki yarım hektarlıq Ukrayna torpağının sahibi barədəətrafdakıların hamısı məlumatlıdır, lakin bu haqda danışmaq istəmirlər.Bu məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə göndərilənsorğuya cavab olaraq bildirilib ki, Əliyevlər ailəsinin Ukraynada əmlakıyoxdur və heç bir tikinti işləri də aparmırlar. Eyni zamanda, sözügedənərazinin yerləşdiyi Kozinsk qəsəbə şurasından bildirilib ki, 9 il əvvəlhəmin yerdə dörd ayrı-ayrı torpaq sahələri vardı və onlar Ukraynavətəndaşlarına məxsus idi. Sonra onları eyni şəxs aldı vəbirləşdirdi./Azadlıq


Brüsseldən İsmayıllı bəyanatı
İdarə heyəti Azərbaycan hökumətini sərbəst toplaşma və ifadə azadlığına hörmətlə yanaşmağa çağırır

Brüsseldə yerləşən Şərq Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumuİsmayıllıda baş verənlərlər bağlı bəyanat yayaıb. Forumun İdarəHeyətinin imzaladığı bəyanatda deyilir:
İsmayıllı rayonunda etiraz edən üsyançılarla təhlükəsizlik qüvvələriarasında son qarşıdurmalar Azərbaycanda seçki ilində siyasi və sosialgərginliyin artmasından xəbər verir. Azərbaycanda etiraz edənlərin həbsedilməsi və cərimələr Şərq Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyətininİdarə heyəti tərəfindən Brüsseldə müzakirə olunub. İdarə heyətininüzvləri Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramının üzvü olanAzərbaycanda siyasi və sosial vəziyyətin gərginləşməsi ilə əlaqədar özdərin narahatlığını ifadə edir.
İdarə heyəti Azərbaycan hökumətini siyasi azadlıqlar və vətəndaşazadlıqlarına, o cümlədən sərbəst toplaşma və ifadə azadlığına hörmətləyanaşmağa çağırır. İdarə heyəti Azərbaycan hakimiyyətini sosialetirazlara səbəb olan, geniş yayılmış korrupsiya ilə mübarizə aparmağavə müxalifət partiya və təşkilatları ilə dialoq aparmağa çağırır.Gəlirlərin ədalətli bölgüsü aparılmalı, sahibkarlıq və mülkiyyəthüquqları bərpa edilməli və bu ilin payızında keçiriləcək seçkilərinədalətli və azad şəkildə təşkil edilməsi üçün siyasi islahatlaraparılmalıdır. Biz beynəlxalq ictimaiyyəti, o cümlədən Avropa Birliyiniölkədə vəziyyətə nəzarət etməyə və Azərbaycan hakimiyyətini yaranmışmünaqişələri dinc yolla həll etməyə çağırırıq./Bizim Yol
 

 

Hərbi çağırışdan necə yayınılır?

Hərbi xidmətə yaralı ola-ola “yarasız” çıxanlara az qala qəhrəman kimi baxılır....

 

Bu gün sağlam və hərbi xidmətə yararlıolan gənclər üçün “hərbi xidmətə yararsız” arayışını almaq adidən də adihal alıb. Artıq buna heç kim təəccüblənmir. Belə gəncləri və onlarınailələrini qınayanlar isə barmaqla sayılacaq qədər azdır.

Hərbi ekspert Yaşar Cəfərlinin sözlərinəgörə, ailə vəziyyəti, təhsillə əlaqədar hərbi çağırışdan möhlət hüququvar. Bundan başqa, xüsusi hallar da var ki, bu zaman da hərbi xidmətəçağırışa möhlət hüququ verilir. “Əgər hərbi xidmətə çağırışa yaşı çatmışşəxs orta məktəbi bitirdiyi il rəsmi dövlət qeydiyyatından keçmiş alitəhsil müəssisələrindən birinə daxil olursa, təhsil aldığı müddətdə onaçağırışdan möhlət hüququ verilir. Təhsilini bitirdikdən sonra isə həminşəxs hərbi xidmətə çağırılmalıdır. Gəncin öhdəsində 1-ci qrup əlilvarsa, ona da möhlət hüququ verilir. Və yaxud da gənc evlidirsə və üçuşağı varsa, bu zaman da ona möhlət hüququ verilir. Hərbi xidmətəçağırışa möhlət hüququ verilən şəxslər mütəmadi olaraq yoxlanılır”.

Sağlamlıqla əlaqədar da hərbi xidmətəçağırışa möhlət verilir. Bu zaman həkim-komissiya gənci müayinə edir.Əgər onun sağlamlığında problem varsa, ona möhlət verirlər. Möhlətinmüddəti isə şəxsin sağlamlıqla bağlı vəziyyətindən aslıdır. Bu, 3 aylıq,6 aylıq, 1 illik, 3 illik və ya ömürlük ola bilər. Bu, xəstəliyinsəviyyəsindən aslıdır. /Ekspress