Bu gün saat 13.30-dan 15.30-dək Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə Qaynarinfo-ya "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, fasilə 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
Şərhlər