Xəbər lenti

Bu instituta direktor təyin edildi (FOTO)
Ölkə 19:04 08.08.2022

Bu instituta direktor təyin edildi (FOTO)

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti İftixar Çələbi universitetin Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Texniki Universitetindən məlumat verilib.

Rektor Vilayət Vəliyev İftixar Çələbini kollektivə təqdim edib.

Texnika elmləri namizədi İftixar Çələbi uzun illər AzTU-da müxtəlif vəzifələrdə çalışıb. Rektor deyib ki, Yüksək Təhsil İnstitutuna Magistratura və Doktorantura şöbələri daxildir. İftixar Çələbinin rəhbərliyi ilə bu şöbələrdə tədrisin və tədqiqatın keyfiyyətinin daha da yüksəldilməsi, yeni innovativ yanaşmaların tətbiq edilməsi qarşıya qoyulan başlıca hədəflərdəndir.

Qeyd edək ki, İftixar Çələbi 1981-1986-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtonəqliyyat fakültəsində təhsil alıb. 1992-ci ildə AzTU-nun aspiranturasına daxil olub. 1998-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. O, 1999-cu ildə Maşın hissələri kafedrasında baş müəllim, 2003-cü ildə isə dosent vəzifələrində çalışıb.

2006-cı ildə Almaniyanın Aleksandr Humboldt fondunun təqaüdünə layiq görülən İftixar Çələbi, fondun dəvəti ilə 2006-2008-ci illərdə Ştutqart Universitetinin Maşın Elementləri İnstitutunda elmi-tədqiqat işləri aparıb. O, həmçinin müxtəlif xarici universitetlərdə elmi-pedaqoji təcrübə keçib. 2019-2021-ci illərdə AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri vəzifəsində çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->