Dünya 18:03 22.11.2017

Bu kəndə köçənlərə 70 min veriləcək

İsveçrənin Albinen kəndində 30 noyabr tarixində maraqlı referendum keçiriləcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 240 evlik kənddə insanların sayının kəskin azalması referendumun keçirilməsinə səbəb olub.
 
Belə ki, kənd bələdiyyəsi ailəsi ilə birlikdə 10 il burada qalmağa razı olan şəxslərə 70 min frank pul təklif edir. Ailə üzvləri azı 4 nəfərdən ibarət olmalıdır.
 
Bundan əlavə, müraciət edən şəxsin yaşı 45-dən az olmalı, kənddə alacağı evin dəyəri ən az 200 min frank olmalıdır. Əhali referendumda "Hə" cavabını versə, qərar qüvvəyə minəcək.

Gülşən