Ekonomiks 11:24 11.11.2018

Bu ölkənin ən varlı şəxsi həbs edildi

Makedoniyanın ən varlı şəxsi Jordan Kamçev həbs edilib.

Qaynarinfo xəbər verir ki, Forbes jurnalına görə ölkəsinin ən varlı biznesmeni olan Kamçev çirkli pul yuyulmasında ittiham edilir. Kamçevlə birlikdə onun şəriki Cvetan Pandeleskinin də daxil olduğu 5 nəfər də həbs edilib. 

Qeyd edək ki, Jordan Kamçev 228 milyon avro sərvətə sahibdir.

Gülşən