Foto 18:11 18.12.2017

Bu qəsəbədə evlər almazdan tikilib (FOTOLAR)

Almaniyanın Nördlinqen qəsəbəsində inşa edilən tikililərdə istifadə olunmuş daşların içində milyonlarla kiçik almaz var.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 15 milyon il əvvəl əraziyə meteorit düşüb. 1 km olan ölçüyə sahib meteorit saniyədə 25 km sürətlə irəliləyib. Yerə eniş edən nəhəng daş 26 km ölçüyə sahib kraterin yaranmasına səbəb olmaqla yanaşı toqquşmanın təsirilə yaranan temperatur və təzyiqlə qayalıqlardakı karbon qabarcılqarının almaza dönüşməsinə səbəb olub. Dünyada daha əvvəl tərkibində almaz olan daşlardan istifadə edərək müxtəlif binalar inşa edilib, lakin Nördlinqeni xüsusi edən buradakı bütün evlərin tikintisində bu tip daşdan istifadə edilməsidir. 

1960-cı illərdə qəsəbəni ziyarət edən amerikalı geoloqlar bu faktı aşkarlayıblar. 19 min nəfərin yaşadığı qəsəbə sakinləri ərazinin yanardağ kraterində inşa edildiyini düşünürdü. 

Nördlinqendəki tikililərdə 72 min ton almazın olduğu bildirilir. Günəş  çıxarkən bütün binalar parıldayır. Qəsəbənin muzeyində müxtəlif meteorit parçaları və s. daşlar göstərilir. 

Avropa Kosmik Agentliyi və NASA dünyaya gətirilə biləcək daşlarla əlaqədar məlumat sahibi olmaq üçün ərazini ziyarət edirlər. Qəsəbə çox sayda turist tərəfindən ziyarət edilir.

Gülşən