Xəbər lenti

Dünya 15:09 16.11.2013

Bu xəbərə görə 10 milyon dollar mükafat veriləcək

ABŞ hökuməti 2012-ci ildə Benqazidə konsulluğa hücum edilməsi ilə bağlı məlumat verən şəxsə 10 milyon dollar mükafat vəd edib. 

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb. 

Dövlət katibi Con Kerri bildirib ki, mükafat hələ 2013-cü ilin yanvarında elan edilib. Bu barədə o, senator Con Makkeynin pul mükafatının təsis edilməməsi barədə iddiasına cavab olaraq bildirib.

Dövlət katibinin sözlərinə görə, mükafat barədə məlumat Dövlət Departamentinin saytında “Ədalət üçün mükafat” adı altında yayılıb. 

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->