Xəbər lenti

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi
Dünya 13:10 30.04.2024

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

ABŞ Maliyyə Nazirliyi 2024-cü il noyabrın 1-dək enerji sektorunda hesablaşmalar üçün Rusiya bankları, o cümlədən VTB, Mərkəzi Bank, Sberbank və Alfa Bank ilə əməliyyatların aparılmasına icazə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq” radiosu ABŞ Maliyyə Nazirliyinin lisenziyasına istinadən yazır.

Müvəqqəti lisenziya alan banklar arasında həmçinin Otkritie Bank, Sovcombank, Rosbank, VEB.RF, Zenit Bank və Sankt-Peterburq Bankı da var.

Qətnamədə nazirlik izah edib ki, neftin və bir sıra digər enerji resurslarının, o cümlədən LNG, taxta, kömür və uranın çıxarılması, hasilatı, emalı, mayeləşdirilməsi, daşınması və ya alınması ilə bağlı əməliyyatlar enerji ilə bağlı hesab ediləcək.

Lisenziya həmçinin Rusiya bankları ilə istənilən yolla enerji istehsalı, təchizatı və ya mübadiləsi ilə bağlı əməliyyatların aparılmasına icazə verir.

Xatırladaq ki, bəzi Rusiya bankları ölkəyə dollar və avro idxalına qoyulan qadağadan yan keçmək üçün Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə qızıl alveri ilə məşğuldurlar.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->