İdman 10:02 17.10.2019

Budaq Nəsirovun atası: “Mən Vaqif Heydərlidən şikayətçi ola bilmərəm”

Bir-neçə gün budan əvvəl sosial şəbəkələrdə Budaq Nəsirovla bağlı yazılan bir status təəccüblə qarşılandı.

Sport7.az xəbər verir ki, Nail Zeynalov şəxsi "feysbuk” səhifəsində yazdığı statusda birbaşa ad çəkməsə də, FİFA meneceri Vaqif Heydərlini Budaq Nəsirova qarşı haqsızlıq etməkdə günahlandırmışdı.

Bu məsələ ilə bağlı "Futbol+” qəzeti Budağın atası Hikmət Nəsirovla əlaqə saxlayıb. Ata Nəsirov Nail bəyin statusunda yazılanlardan xəbərsiz olduğunu bildirib. Nikmət bəy ümumiyyətlə, Vaqif Heydərlidən şikayətçi olmadığını bildirib.

Sitat: "Mən Vaqifdən şikayətçi ola bilmərəm. Ona iradım yalnız ondan ibarətdi ki, gərək Budağı "Sportinq”ə aparanda mənimlə də məsləhətləşəydi. Oğlumun o kluba yollanması bəlkə də bir az tez idi. O ki qaldı Heydərlinin hər ay bizə göndərmək adıyla 1500 avronu cibinə qoymasına, bu haqda heç bir məlumatım yoxdu.

Nikmət bəy oğlunun Türkiyədə hansısa agentliklə müqavilə bağladığından xəbərsizdi: "Oğlum hazırda Portuqaliyadadı. Orda başqa sahədə çalışır. Onun Türkiyədəki "Pelikan” agentliyi ilə müqavilə bağlamasından da xəbərsizəm. O dostları ilə məşq edir. Qış "transfer pəncərəsi”nin açılmasını gözləyir. Onun Türkiyə ilə heç bir əlaqəsi yoxdu”.