Maqazin 11:34 26.01.2018

Bülənt Ərsoyun səhnəyə çıxmasına qadağa qoyuldu: vəziyyəti ağırdır

Bir həftə öncə verdiyi konsertindən sonra xəstəxanaya yerləşdirilən 65 yaşlı müğənni Bülənt Ərsoy bir ay müalicə alacaq.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, reanimasiyaya yerləşdirilən müğənniyə həkimlər 1 ay səhnəyə çıxmama qadağası qoyublar. Pnevmaniyadan əziyyət çəkən müğənninin vəziyyətinin ağır olduğu bildirilir.