Dünya 17:50 23.03.2018

Bursada azərbaycanlı şəhid övladına ad günü sürprizi (FOTO)

"Türkiyə-Azərbaycan şəhid övladları qucaqlaşır" layihəsi çərçivəsində Azərbaycandan olan 40 şəhid övladı Türkiyənin Bursa şəhərini ziyarət edib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Jandarma İdarəsində qarşılanan uşaqlara general Əhməd Hacıoğlu tərəfindən diqqət göstərilib. Ad günü olan uşaqlardan birinə sürpriz edilib və ona tort, müxtəlif hədiyyələr verilib. Bildirilir ki, Bursadakı tarixi abidələri ziyarət etmək uşağa təqdim edilən hədiyyələr arasında yer alıb.

Gülşən